Cəbhə bölgəsindəki silah və hərbi texnikaların döyüş qabiliyyəti yoxlanılıb

Cəbhə bölgəsindəki silah və hərbi texnikaların döyüş qabiliyyəti yoxlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi – Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini yoxlayıblar.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.

Hərbi hissələrin birinin ərazisində inşa olunan trenajor binasına gələn general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov ekipajların tank və piyada döyüş maşınlarının təlim-məşq qurğularında atış və sürücülük məşqlərini izləyiblər.

Müdafiə nazirinin əmri ilə döyüş texnikası təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılıb və tapşırıq uğurla icra olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş