Cəbhəboyu zonada növbəti hərbi hissə ziyarət olunub – VİDEO

Cəbhəboyu zonada növbəti hərbi hissə ziyarət olunub – VİDEO

Prezidentin köməkçisi –Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sonra hərbi hissənin əsgər yeməkxanası, əsgər yataqxanası, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib.

Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə ediblər.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş