Cəbhədə erməni əsgəri öldürüldü

Cəbhə xəttində provakasiyalara cəhd edən Ermənistan Ordusunun əsgəri öldürülüb. Bu barədə “AzeriDefence” Ermənistan mətbuatına istinadən məlumat verib.

İyulun 26-sı gecə saatlarında Qarabağ cəbhəsinin şimal-şərqində baş vermiş qarşıdurmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun əsgəəri Xaçatur Badasyan (1994-cü il təvəllüdlü) öldürülüb. Daha 2 erməni əsgəri isə yaralanııb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iylun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş