Cəbhədə erməni hərbi qulluqçusu ağır yaralanıb

Cəbhədə erməni hərbi qulluqçusu ağır yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azərbaycan snayperlərinin açdığı atəş nəticəsində ağır yaralanıb.

“AzeriDefence”nin “Newsarmenia.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, yanvarın 15-də saat 16:30 radələrində şimal-şərq istiqamətində yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin döyüş mövqeyində Azərbaycan snayperlərinin açdığı atəş nəticəsində müqaviləli hərbçi Artur Mezhlumyan güllə yarası alıb.

Məlumatda o da qeyd olunub ki, A.Mezhlumyan Yerevandakı mərkəzi klinik hərbi xəstəxanaya aparılıb, səhhəti ağır qiymətləndirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş