Cəbhədə Ermənistan Ordusuna məxsus PUA vurulub

Cəbhədə Ermənistan Ordusuna məxsus PUA vurulub

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri X-55 taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin PUA-ı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş