
Cənubi Koreya ABŞ-dan AEW&C təyyarələri alacaq
Cənubi Koreya ABŞ-dan 2 ədəd AEW&C havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi alacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) yaydığı xəbərdə bildirilib.
AEW&C təyyarələrinin tədarük proqramı 1.32 milyard ABŞ dolları təşkil edir. Praqram çərçivəsində AEW&C havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri 2027-ci ilə qədər sifarişçiyə çatdırılmalıdır.
Qeyd edək ki, hazırda Cənubi Koreya Silahlı Qüvvələrinin aviasiya parkında 4 ədəd “Boeing” şirkətinin istehsalı olan AEW&C təyyarəsi yer alır.
KATEQORIYA: Xəbərlər