Cənubi Koreya “Dəmir Qübbə”nin bənzərini yaradacaq

Cənubi Koreya “Dəmir Qübbə”nin bənzərini yaradacaq

Cənubi Koreya uzun mənzilli artilleriya təhdidlərinə qarşı hava hücumundan müdafiə kompleksi hazırlamağı planlaşdırır.

Azeri Defence saytı xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, Cənubi Koreya yaxın beş ildə İsrailin “Dəmir Qübbə”sinə (İron Dome) bənzər hava hücumundan müdafiə kompleksinin hazırlanmasına başlayacaqdır.

Cənubi Koreya yerli istehsalı olan “Dəmir Qübbə”ni 2030-cu ilin sonlarında Silahlı Qüvvələrin silahlanmasına daxil etməyi hədəfləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş