Cənubi Koreya K1A2 tanklarını təkmilləşdirəcək

Cənubi Koreya K1A2 tanklarını təkmilləşdirəcək

Cənubi Koreya Silahlı Qüvvələrin texnika parkında yer alan K1A2 MBT əsas döyüş tanklarını təkmilləşdirməyi planlaşdırır.

Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib.

Cənubi Koreya Milli Müdafiə Nazirliyinin inkişaf proqramı çərçivəsində K1A2 tanklarının bütün imkanları daha mükəmməl hala gətiriləcək. Təkmilləşdirmə çərçivəsisndə K1A2-yə heyətin döyüş vəziyyətini tankın içərisindən daha yaxşı izləməsi üçün situasiya məlumatlandırma sistemi, o cümlədən sürücü üçün termal periskop quraşdırılması nəzərdə tutulub.

Habelə K1A2 tank əleyhinə raketlərdən müdafiəni artırmaq üçün yüksək keyfiyyətli yeni xüsusi zireh və aktiv müdafiə sistemi ilə təchiz ediləcək. K1A2-nin manevr qabiliyyətini yaxşılaşdırmaq üçün, tankın mövcud hidropnevmatik asqısı yenilənəcək. Həmçinin tanka köməkçi bir generator quraşdırılacaq və mövcud mühərrik yenilənəcək.

Bundan başqa heyətin kimyəvi, bioloji və radioloji təhlükələrdən qorunması, texnikanın havalandırılması üçün K1A2 birləşmiş ekoloji nəzarət sistemi ilə komplektləşdiriləcək. Müasirləşdirmə çərçivəsində K1A2 MBT əsas döyüş tankına uzaq mənzilli yeni silah sistemlərinin inteqrasiyası planlaşdırılır.

Qeyd edək ki, Cənubi Koreyanın “Hyundai Rotem” şirkətinin istehsalı olan K1A2 MBT tankı K1A1 tankının masirləşdirilmiş versiyasıdır. Cənubi Koreya Müdafiə Nazirliyi K1A2 tankını ilk dəfə ADEX-2017 sərgisində ictimaiyyətə təqdim edib. K1A2 modifikasiyası bir çox xüsusiyyətləri ilə fərqlənir. K1A2-nin müasir elektronikası tankın bütün elektron sistemini vahid şəbəkədə birləşdirir. Həmçinin tankın avtomatlaşdırılmış idarəetmə sistemini təmin edir və digər hərbi texnikalar arasında rabitə əlaqəsi qurmağa imkan verir. Bununlada geniş videogörüntü imkanları, hədəfi aşkar etmək, müşahidəni həyata keçirmək, məsafəni müəyyənləşdirmək xüsusiyyətləri K1A2 tankının texniki xarakteriskasına daxil edilib.

Cənubi Koreya Müdafiə Naxirliyi 2026-ci ilə qədər Ordunun tərkibində olan bütün tankları yeniləməyi planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş