
Cənubi Koreya Mi-171A2 helikopterləri almaq istəyir
Cənubi Koreya Rusiyadan çoxməqsədli Mi-171A2 helikopterləri almaq istəyir.
Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
Cənubi Koreya “Ulan-Ude Aviasiya Zavodu” ASC tərəfindən seriyalı istehsal olunan Mi-171A2 helikopterlərinin tip sertifikatını təsdiqləyib. Hazırda tərəflər arasında bu helikopterlərin alqı-satqısına dair danışıqlar aparılır.
Məlumatda o da qeyd olunub ki, Mi-171A2 helikopterinin sertifikatı Hindistan və Kolumbiya aviasiya qurumları tərəfindən də təsdiq edilib. Mi-171A2 sertifikatının Çin, Braziliya, Meksika, Peru və digər ölkələrdə təsdiqlənməsi planlaşdırılır. Mi-171A2-nin ilk xarici operatoru Qazaxıstan olub.
KATEQORIYA: Xəbərlər