Cənubi Koreya Ordusu yeni zenit-top kompleksləri ilə təchiz ediləcək

Cənubi Koreya Ordusu yeni zenit-top kompleksləri ilə təchiz ediləcək

Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA) yerli “Hanwha Defence” şirkəti ilə hava hücumundan müdafiə sisteminin tədarükünə dair müqavilə imzalayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyası məlumat yayıb.

Müqavilə çərçivəsində “Hanwha Defence” şirkəti Cənubi Koreya Silahlı Qüvvələrini təkərli nəqliyyat platforması üzərində hazırladığı AAGW (Anti-Aircraft Gun Wheeled Vehicle) zenit-top kompleksləri ilə təmin edəcək.

Müqavilənin dəyəri 207,66 milyon ABŞ dolları təşkil edir. Müqavilə əsasında seriyalı istehsala başlayacaq AAGW zenit-top kompleksləri Cənubi Koreya Ordusunun silahlanmasında yer alan KM167 A3 “Vulcan” sistemlerini əvəz edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş