Cənubi Koreya “Poniard” raket kompleksinin sınaqlarını tamamlayıb

Cənubi Koreya “Poniard” raket kompleksinin sınaqlarını tamamlayıb

Cənubi Koreyanın “LİG Nex1” şirkətinin hazırladığı yaxın mənzilli idarə olunan raket kompleksinin sınaqları başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) yaydığı xəbərdə bildirilib. Sınaqların nəticəsi olaraq “Poniard” adlı (yerli olaraq “Bigung” adlanır) raket kompleksi ABŞ silah bazarına girmək imkanı əldə edib.

“Poniard” raket kompleksi əsasən sahil mühafizəsi üçün nəzərdə tutulan mobil sistemdir. Raket kompleksindən hava vasitələri, desant gəmi və katerlərinə qarşı istifadə edilə bilər. 70 mm çaplı idarə olunan “Poniard” raketinin çəkisi 15 kq, uzunluğu 1,9 metrdir. Kompleks “at-unut” qabiliyyətinə malik 36 raket daşıya bilir. Raketin maksimum atış məsafəsi 8 km təşkil edir.

Kompleks raketlər və digər hədəfləri izləmək və məhv etmək qabiliyyətinə malikdir. 6×6 təkər formuluna malik Kia KM250 nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunan “Poniard” ordunun invertarındakı sahil artilleriya sistemlərinə nisbətən daha mobil və güclüdür. “Poniard” idarə olunan raket kompleksinin 2024-cü ilə qədər Cənubi Koreya Ordusunun silahlanmasında yer alan köhnə sahil mühafizə sistemlərini əvəz edəcəyi planlaşdırılır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş