Cənubi Koreya SSM-700K gəmi əleyhinə raketini təkmilləşdirəcək

Cənubi Koreya SSM-700K gəmi əleyhinə raketini təkmilləşdirəcək

Cənubi Koreya 2005-ci ildən Hərbi Dəniz Qüvvələrinin (RoKN) silahlanmasında yer alan SSM‐700K “Haeseong” (C-Star) gəmi əleyhinə raketləri təkmilləşdirməyi planlaşdırır.

“AzeriDefence” xəbər verir ki, bu barədə “RoKN”in yaydığı məlumatda bildirilib.

Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA) 2021-ci ilin aprel ayına qədər təkmilləşdirmə işləri iə əlaqədar araşdırmalar aparacaq.

Modernizasiya nəticəsində SSM-700K raketininin hazırda 150 – 200 km təşkil edən atış uzaqlığının artırılması, peyk naviqasiya sistemin və ümumi sistemin inkişaf etdirilməsi nəzərdə tutulub.

Hazırda SSM-700K raketləri “RoKN”in istismarında olan KDX-3 döyüş gəmiləri, “Incheon” FFX-I və “Daegu” FFX-II sinif freqatlarının, o cümlədən “Gumdoksuri” PKG-A sinif sürətli patrul gəmilərinin silahlanmasında yer alır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş