Cənubi Koreya Türkiyədən “Doruk” radarları alır

Cənubi Koreya Türkiyədən “Doruk” radarları alır

Türkiyə Cənubi Koreya Respublikasına pilotsuz uçuş aparatlarını (PUA) aşkarlayan radar ixrac edəcək.

Bu barədə “Poliqon” “C4 Defence”ə istinadən məlumat verib.

Türkiyənin RST şirkəti tərəfindən istehsal edilən “Doruk” adlı radarın tədarükünə dair tərəflər arasında müqavilə imzalanıb. Şirkət lazımi ixrac lisenziyasını da əldə edib.

Alçaq hündürlükdə hərəkət edən hədəflər üçün hazırlanmış radar 15 kilometrdən insanları, 28 km-dən böyük nəqliyyat vasitələrini, 25 km-dən helikopterləri və 6 km-dən PUA-ları aşkar edə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş