Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

Azərbaycanda 23-24 iyulda keçirilən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə, imtahanların nəticələri 25 iyul saat 22:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə aşağıdakı linkdə tanış ola bilərlər:

– C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 167 nəfərdən 11 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş