Cənubi Koreya yeni ZRK-ləri silahlanmaya qəbul edib

Cənubi Koreya yeni ZRK-ləri silahlanmaya qəbul edib

Cənubi Koreyanın “Cheongung” KM-SAM Block-1 zenit-raket kompleksi (ZRK)  Hərbi Hava Qüvvələrinə (RoKAF) təhvil verilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA) məlumat yayıb.

“LİG Nex 1” şirkəti tərəfindən hazırlanan orta mənzilli “Cheongung” ZRK-nin 2017-ci ildə sınaqları yekunlaşdırılıb və seriyalı istehsalına başlanılıb.

“Cheongung” ZRK səkkiz raketlə təchiz edilən işəsalma qurğusundan, komanda-idarəetmə mərkəzindən və çoxfunksiyalı radardan ibarətdir. Bunlar ayrı-ayrılıqda 8×8 təkər formuluna malik nəqliyyat vasitələri üzərində quraşdırılıb.

“Cheongung” idarə olunan raketilə 20 kilometrə qədər hündürlükdə ballistik raket hədəflərini məhv etmək imkanına malikdir. Avtomatik tuşlama sistemi ilə təchiz edilən “Cheongung” raketinin uzunluğu 4.6 mert, çəkisi 400 kiloqramdır.

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş