C-295W təyyarələrinə ROKETSAN istehsalı olan silahlar inteqrasiya ediləcək

Türkiyənin ROKETSAN şirkəti “Airbus Defence and Space” şirkəti arasında C-295W təyyarələrinin silahlandırılmasına dair anlaşma memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

İngiltərənin London şəhərində keçirilən aviasiya sərgisində imzalanan memoranduma əsasən C-295W hərbi-nəqliyyat təyyarələri ROKETSAN tərəfindən silahlandırılacaq.

Anlaşma çərçivəsində ROKETSAN C-295W təyyarəsinə lazer başlıqlı “Cirit”, L-UMTAS lazer başlıqlı tank əleyhinə raketi  və “Təbər” lazer başlıqlı təchiat dəstini inteqrasiya edəcək.

Sistemlərin C-295W təyyarələrinə inteqrasiya edilməsi bir neçə ay ərzində başlayacaq.

Bundan sonra, C-295W təyyarələri beynəlxalq sərgilərdə yalnız ROKETSAN-ın dəqiq silah sistemləri ilə nümayiş etdiriləcək.

 

Qeyd edək ki, C-295W dünyanın yüksək modifikasiyalı hərbi-nəqliyyat təyyarələridən sayılır və ilk dəfə 2013-cü ildə ictimaiyyətə təqdim olunub. Mütəxəssislər bildirir ki, C-295W analoqlarından bir çox meyarlarına görə, fərqlənir. Təyyarənin ilk sifarişçiləri Meksika və Özbəkistan olub.

KATEQORIYA:
Bu xəbəri paylaş