C-390 “Millennium” təyyarəsi Braziliya HHQ-ə təhvil verilib

C-390 “Millennium” təyyarəsi Braziliya HHQ-ə təhvil verilib

“Embraer” şirkəti tərəfindən istehsal edilən C-390 “Millennium” çox məqsədli orta sinif nəqliyyat təyyarəsi Braziliya Hərbi Hava Qüvvələrinə çatdırılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bu Braziliya Hərbi Hava Qüvvələrinə tədarük edilən üçüncü C-390 “Millennium” təyyarəsidir. Bundan əvvəl, 2019-cu ildə 2 ədəd C-390 “Millennium” təyyarəsi HHQ-ə çatdırılıb.

C-390 “Millennium” çox məqsədli orta sinif nəqliyyat təyyarəsi proqramı çərçivəsində daha 25 ədəd təyyarənin Braziliya Silahlı Qüvvələrinə tədarükü planlaşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş