Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

Azərbaycanda 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə “AzeriDefence”ə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

SHXÇDX bildirir ki, çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş