Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilir – FOTO

Azərbaycan prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba, Kürdəmir və s. rayonlarda yolasalma tədbirləri keçirilib.

Tədbirlərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin şəxsi heyəti, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Mərasimlərdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıblar.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş