“Camcopter S-100” PUA Norveçdə test edilib

Avstriyanın “Schiebel” şirkəti “Camcopter S-100” heliktopter tipli pilotsuz uçuş aparatını Norveçdə test edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Schiebel” şirkəti məlumat yayıb.

“Camcopter S-100” pilotsuz heliktopter “Andoya” Test Mərkəzində (ATC) Norveç Dəniz Sərhədçiləri, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Sahil Administrasiyası və Polis İdarəsinin nümayəndələrinə təqdim olunub.

Yüksək performans nümayiş etdirən “Camcopter S-100” dəniz şəraitində istismara daha yaxşı yaradığını təsdiq edib.

“Camcopter S-100” müxtəlif məqsədlər üçün istifadə olunur. Helikopter gecə və gündüz, istənilən hava şəraitində 5.5 km yüksəklikdə 200 km radiusda hərəkət edə bilir.

PUA “L3 Wescam” şirkətinin MX-10 EO/IR kamera sitemi ilə təchiz olunub.

Pilotsuz aparat 34 kiloqrama qədər yükü daşımaq və 10 saatadək havada qalmaq imkanlarına malikdir.

Qeyd edək ki, hazırda “Camcopter S-100” pilotsuz heliktopter 14 ölkənin aviasiya parkında yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş