CAR Azərbaycana silah ixracı statistikasını açıqladı

Cənubi Afrika Respublikası (CAR) 2015-ci ildə silah ixracatını açıqlayıb.

“AzeriDefence”nin məlumatına görə, hesabatda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə ixrac edilmiş silah və hərbi texnikanın sayı qeyd olunub.

CAR hökumətinin məlumatına görə, 2015-ci ildə 86 ölkəyə 2.7 milyard rand (210 milyon dollar) dəyərində hərbi məhsul ixracatı gerçəkləşdirilib.

Hesabatda yer alan məlumata görə, 2015-ci ildə CAR Azərbaycana 5 ədəd “Matador” və 2 ədəd “Marauder” minaya qarşı qorumalı nəqliyyat vasitəsi, 40 mm-lik qumbaraatan və snayper tüfəngləri və pulemyot qüllələri ixrac edib.

KATEQORIYA:
Bu xəbəri paylaş