Çavuşoğlu: Bütün dünyaya türkün gücünü göstərdiniz

Çavuşoğlu: Bütün dünyaya türkün gücünü göstərdiniz

“Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.

“Azeri Defence”nin məlumatına görə, bunu Prezident İlham Əliyevlə görüşündə Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

Nazir bildirib ki, Qarabağ məsələsini, davam edən bu əməliyyatları Türkiyə vətəndaşları çox yaxından izləyir: “Bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır”.

Prezident Rəcəp Tayyip Ərdoğanın hökumətə Azərbaycanı tək qoymamaq tapşırığı verdiyini deyən Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Müdafiə nazirinin, o cümlədən Binəli Yıldırımın da Bakıya səfəri olacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş