Cəbhədə 3 erməni hərbçisi öldürüldü, 5 hərbçi isə yaralandı

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun 3 əsgəri öldürülüb. AzeriDefencenin bildirdiyinə görə, bu barədə Ermənistanın razm.info saytı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ötən gecə baş vermiş atışmada Ermənistan Ordusunun 2 hərbçisi öldürülüb, 5 hərbçisi isə yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyərək ölən əsgərlərin adını açıqlayıb. Bunlar Muşeq Arutunoviç Nurbekyan, Zoqrab Xajakoviç Balabekyan və Karen Kamoeviç Davtyan adlı əsgərlərdir.

KATEQORIYA:
Bu xəbəri paylaş