Cəbhədə atəşkəs pozulub, Ermənistan Ordusu itki verib – SON XƏBƏR

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində bir neçə saat aramsız döyüşlər gedib. “AzeriDefence”nin qeyd olunan ərazidə xidməti döyüş tapşırığını yerinə yetirən hərbi hissənin zabitlərindən əldə etdiyi məlumata görə, Ermənistan Ordusunun diversiya qrupunun təxribatının qarşısı alınıb. Nəticədə düşmən iki əsgərini itirib.

Ermənistanın “slaq.am” və “Armenia Today” saytları da cəbhədəki döyüşlər barədə məlumat yayıb və erməni tərəfinin itkilər verdiyini açıqlayıb. Adıçəkilən saytların məlumatına görə, hadisə Tavuş əyalətinin Çinari və Ayqezdor kəndləri istiqamətində olub. Döyüş zamanı Ermənistan Ordusunun “Merqabner” hərbi hissəsinin əsgəri, 22 yaşlı Zorik Margaryan ölüb, 22 yaşlı Karen Movsisyan isə yaralanıb.

Azərbaycan Ordusundakı mənbələrdən “AzeriDefence”yə verilən məlumata görə, 2012-ci ilin əvvəlindən bu günədək qeyd olunan istiqamətində düşmən diversiya-təxribat qrupunun dəfələrlə provokasiya yaratmaq cəhdlərinin qarşısı alınıb. Nəticədə Tavuş rayonunun Çinari-Ayqedzor sahəsi istiqamətində Azərbaycan Ordusu tərəfindən biri mayor rütbəli olmaqla, 4 erməni hərbçisi öldürülüb,4 erməni hərbçisi isə vurularaq “xidmətə yararsız” vəziyyətə salınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş