Cəbhədə daha 2 erməni hərbçisi öldürülüb

Cəbhə xəttində baş vermiş atışmada Ermənistan Ordusunun 2 hərbçisi öldürülüb. Bu barədə “AzeriDefence” Ermənistan mediasına istinadən məlumat verib.

Hadisə iyulun 31-də səhər Dağlıq Qarabağın şimal istiqamətində baş verib.

Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun öldürüldüyü bildirilsə də onların kimliyi və hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

“AzeriDefence”nin məlumatına görə bununla cəbhə xəttində atəşkəsin pozulması zamanı Azərbaycan hərbçiləri tərəfindən 2014-cü ildə öldürülmüş Ermənistan Ordusunun hərbi qulluqçularının sayı 35-i keçib.

Öldürülmüş erməni əsgərləri 1994-cü il təvəllüdlü Ararat Vaçioviç Xanoyan və Azat Arturoviç Asoyandır.

KATEQORIYA:
Bu xəbəri paylaş