Cəbhədə döyüş olub itkilər var

İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. “AzeriDefence”nin APA agentliyinə istinadən verdiyi məlumata görə, döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhid olan əsgərlər aşağıdakılardır:

Əliyev Amil Novruz oğlu (1988 Neftçala )

Əzizov Xalid Mətləb oğlu (1993 Şəki )

Bağırov Vahid İntiqam oğlu (1993 Ağsu)

Ataşlı Zülfüqar Vəli oğlu (1993 Cəlilabad )

İsmayılov Elçin Əlövsət oğlu (1993 Yevlax )

KATEQORIYA:
Bu xəbəri paylaş