Cəbhədə erməni hərbçisi öldürülüb
Cəbhə xəttində təxribat törədən Ermənistan Ordusunun hərbçisi öldürülüb.
Bu barədə “AzeriDefence” erməni mediasına istinadən xəbər verib.
Erməni tərəfinin məlumatına görə, əsgər Arsen Xaçatryan iyulun 4-də Qarabağ cəbhəsində baş verən atışmada Azərbaycan hərbçilərinin atəşindən ölüb.
KATEQORIYA: Müdafiə