Cəbhədə ermənilərin təxribat cəhdinin qarşısı alınıb

Azərbaycan əsgərləri cəbhə xəttində bir erməni hərbçisi öldürüb, birini isə yaralayıblar. Bu barədə “AzeriDefence” erməni KİV-lərinə istinadən məlumat verib.

Hadisə iyunun 1-i səhər saatlarında Qarabağ cəbhəsinin cənub-şərqində Füzuli rayonu istiqamətində baş verib. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən və atəşkəsi pozaraq cəbhədə təxribat yaradan Ermənistan Ordusunun əsgəri Saro Samvelyan Azərbaycan hərbçilərinin həyata keçirdiyi cavab tədbirləri nəticəsində öldürülüb.

Digər hadisə isə dövlət sərhədində qeydə alınıb. Ərazidə xidmət edən Azərbaycan hərbçilərinin məlumatına görə, səhərə yaxın qarşı tərəfdə hərəkətlilik və postların irəli çəkilməsi cəhdi qeydə alınıb. Buna cavab olaraq həyata keçirilən tədbir nəticəsində qarşı tərəfin bir texnikası (ekskvator) sıradan çıxarılıb. Bir nəfər isə yaralanıb.

Ermənistan KİV-ləri yaralanmış şəxsin Tavuş vilayətinin Nerkin kənd sakini Vaçik Melkumyan olduğunu yazıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş