Cəbhədə mina partlayışı – 3 şəhid, 6 yaralı

Yaralılardan ikisi Bakıya təxliyə olunubAprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həlak olan hərbi qulluqçular:
– kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
– əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
– əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:
– əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
– əsgər Mirzəyev Alı Pənah oğlu;
– əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
– əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
– əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
– əsgər Talıbov Emin Talıb oğlu.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitaldadırlar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerindədir.

Günorta saatlarında ağır yaralanan hərbi qulluqçulardan ikisi – Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunub. Onlar təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır

KATEQORIYA:
Bu xəbəri paylaş