Cəbhə bölgəsində irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasında çıxış edən müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən irimiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Nazir bütün qoşun növ və qisimləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icrasına nail olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, bölmələrin və atəşin manevrlərinin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndirib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

kollegiya2

KATEQORIYA:
Bu xəbəri paylaş