Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş