Cəbhə xəttində Ermənistan Ordusunun iki hərbi qulluqçusu məhv edilib

Cəbhə xəttində Ermənistan Ordusunun iki hərbi qulluqçusu məhv edilib, bir hərbçisi isə yaralanıb.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Sentyabrın 25-də gecə saatlarında cəbhənin Ağdam rayonu istiqamətində provokasiya cəhdi edən Ermənistan Ordusunun hərbçilərinə qarşı həyata keçirilmiş cavab tədbirləri nəticəsində düşmən tərəfi itki verib.

Düşmənin itkilərinin onun mövqelərinə endirilmiş minaatan zərbələrindən olduğu bildirilib. Dəqiq atəş zərbəsi ilə düşmənin ön xətdəki dayaq məntəqəsi dağıdılıb.

Erməni tərəfi hələlik itki barədə heç bir məlumat verməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş