Cəbhəboyu zonada iki yeni hərbi şəhərciyin açılışı olub – VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş