Cəbhəboyu zonada yerləşən daha bir yeni hərbi hissə istifadəyə verilib – FOTO

Cəbhəboyu zonada yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.

Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışını edib. Bu gün də növbəti hərbi hissənin açılışını edilir. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir:

“Ali Baş Komandan bütün istiqamətlərdə islahatlar həyata keçirir və biz artıq bu islahatların nəticələrini görürük. Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir”.

Aprel döyüşlərinə də toxunan nazir deyib ki, bu döyüşlər zamanı Silahlı Qüvvələrin döyüş ruhu, döyüş qabiliyyəti və gücü bəlli olub: “Cənab Ali Baş Komandan, biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik”.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

acilis2

acilis3

acilis5

acilis7

acilis8

acilis16

 

KATEQORIYA:
Bu xəbəri paylaş