Cəbhədə atışma – bir erməni hərbçisi yaralanıb

Cəbhə xəttində təxribat yaradan Ermənistan Ordusunun bir hərbi qulluqçusu yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, martın 26-da baş verən atışmada Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən 32 yaşlı Ayk Revazyan yaralanıb.

A.Revazyan Tavuş rayonunun Ptxavan kəndinin sakinidir. O Tavuşun Koti kəndi istiqamətində yaralanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş