Cəbhədə Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 11-də Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş