Cəbhədə daha bir erməni hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində daha bir hərbçisinin öldürüldüyünü açıqlayıb.

Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Aprelin 25-də Dağlıq Qarabağın Şimal istiqamətində hərbi hissələrin birində, məlum olmayan şəraitdə Ermənistan Ordusunun hərbi qulluqçusu 1998-ci il təvəllüdlü Karen Avetisyan öldürülüb.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş