Cəbhədə döyüşlər – Xankəndində gərginlik yaşanır, Ermənistan hərbi aviasiyasını Gümrüdən İrəvana daşıdı

Cəbhə xəttində bu gün baş verən döyüşlər Xankəndində gərginlik yaşanır.

“AzeriDefence”nin məlumatına görə, “Sputnik” beynəlxalq xəbər agentliyinin yaydığı videoda Xankəndi şəhərində gərginlik müşahidə olunur. Şəhərin küçələrində özüyeriyən artilleriya sistemlərinin və qoşun bölmələrinin hərəkəti qeydə alınıb.

Bu arada Ermənistan Müdafiə Nazirliyi hərbi aviasiyanı döyüş hazırlığına gətirildiyini açıqlayıb. Vəziyyətlə əlaqədar olaraq Ermənistan HHQ-nin Su-25 hücum təyyarələri Gümrüdəki aerodromdan İrəvanın Erebuni hərbi aerodromuna dislokasiya olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş