Cəbhədə erməni hərbçiləri belə məhv edildi -Video
Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin məhv edilməsinin görüntüləri yayılıb.
“AzeriDefence”nin məlumatına görə, pilotsuz uçuş aparatından çəkilmiş görüntülərdə erməni hərbçilərinin artilleriya atəşi ilə vurulduğu əksini tapıb .
Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri arasında ölən və yaralananlar olub. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli zabitləri də olub.
Ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Arutunyan Cəlal Anatolyeviçin də olduğu bildirilir.