Cəbhədə erməni hərbçilərindən biri öldürülüb, digəri isə yaralanıb

Ermənistan Silahlı Qüvvələri hərbi qulluqçusunu itirib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, işğal edilmiş Dağlıq Qarabağın şimal istiqamətində baş verən toqquşma nəticəsində müqavilə şərti ilə xidmət aparan hərbi qulluqçu, 1979-cu il təvəllüdlü Qeqam Qenrixoviç Manukyan fevralın 8-də səhər saatlarında öldürülüb.

Həmin tarixdə saat 12.00 radələrində isə Ağdərə istiqamətində hərbçi, 1988-ci il təvəllüdlü Koryun Kamoviç Kirakosyan açılan atəş nəticəsində yaralanıb.

Koryun Kirakosyan hospitala yerləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş