Cəbhədə erməni hərbçisi öldürülüb

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu məhv edilib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında cəbhənin cənub sektorunda (Füzuli rayonu istiqamətində) baş verib.

Atışma nəticəsində Ermənistan Ordusunun əsgəri, 1997-ci il təvəllüdlü Andranik Cmbatoviç Musikyan öldürülüb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş