Cəbhədə Ermənistan Ordusuna məxsus PUA ələ keçirilib – FOTO

Cəbhə xətti istiqamətində Ermənistan Silahlı Qüvvələrinin məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli “DJI PHANTOM” pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.

pua2

pua3

KATEQORIYA:
Bu xəbəri paylaş