Cəbhədə Ermənistana məxsus taktiki PUA məhv edilib – FOTOLAR

Bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində uşuş həyata keçirən Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin  mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus X-55 taktiki PUA-sı Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Qeyd edək ki, X-55 PUA-sı 2011-2012-ci illərdə Rusiyadan satın alınıb. “AFM Serviz” şirkəti tərəfindən istehsal edilən PUA-nın orjinal adı “Pitero-5E”dir. Ermənistan məlumatlara görə, Rusiyadan 4 kompleks (24 ədəd) bu PUA-dan alıb.

Xatırladaq ki, X-55 PUA-nın qanadlarının uzunluğu 3030 mm, gövdəsinin uzunluğu 2100 mm, kreyser sürəti 85-115 km/saat, maksimal uçuş sürəti 180 km/saatdır. Aparat havada elektrik mühərriki ilə 1.5 saat, benzin variantında isə 8 saatadək qala bilər. X-55 PUA-nın maksimal uçuş məsafəsi 130 km, maksimal uçuş hündürlüyü 2000 m, maksimal tətbiqetmə uzaqlığı 85 km-dək, qalxma üsulu katapult, enmə üsulu isə paraşütlədir.

KATEQORIYA:
Bu xəbəri paylaş