Cəbhədə üç erməni əsgəri yaralanıb – YENİLƏNİB

Noyabrın 30-da cəbhə xəttində Ermənistan Ordusunun iki hərbçisi yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, yaralanan hərbçilər Dağlıq Qarabağdakı “separatçı” hərbi birləşmədə müqavilə əsasında xidmət edən 32 yaşlı Qaqik Poqosyan və 24 yaşlı Kadcik Badalyandır.

Yaralılardan Q. Poqosyan Xankəndində, K. Badalyan isə İrəvanda hospitala yerləşdirilib.

İkincinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

23:19

Dekabrın 1-də gecə saat 22:22-də “News.am” saytı Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının rəisi Aram Asaturyana istinadən noyabrın 30-da daha bir erməni hərbçisinin yaralandığı barədə xəbər yayıb.

Onun sözlərinə görə, hospitala baş nahiyəsindən yaralanmış daha bir əsgər gətirilib. Yaralı əsgər 19 yaşlı Karapet Mikaelyandır.

KATEQORIYA:
Bu xəbəri paylaş