Cəbhədə keçirilən növbəti monitorinq insidentsiz baş tutub

Bu gün qoşunların təmas xəttində keçirilən növbəti monitorinq insidentsiz baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş