Cəbhəyə könüllü getmək istəyənlərin sayı artır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olmaqdadır.

Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “AzeriDefence”yə verilən məlumata görə, müraciətlər son günlər daha da artıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək vətənpərvərlik hissləri nümayiş etdirən vətəndaşlara minnətdarlığını bildirərək, bir daha vurğulayıb ki, zərurət yarandığı halda onlar ordu sıralarına çağrıla bilərlər.

Məlumatda o da qeyd olunub ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, hal-hazırda cəmiyyətdə böyük ruh yüksəkliyi nümayiş olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş