Cənubi Koreya insansız sualtı nəqliyyat vasitəsi yaradır

Cənubi Koreyanın LİG Nex1 şirkəti insansız sualtı aparatın yaradılması istiqamətindəki işlərini yekunlaşdırır.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə,  yığcam və yüngül çəkili aparat geniş hərəkət imkanlarına malik olacaq.  Aparatın uzunluğu 2,1 metr, çəkisi isə 74 kq-dır.

Bu vasitə hidroqrafiya kəşfiyyatı və digər əməliyyatları 100 metr dərinlikdə həyata keçirə biləcək.

Aparat xilasetmə əməliyyatlarında da istifadə üçün nəzərdə tutulub.

10 saata qədər suda hərəkət edəcək aparat hidrolakasiya sistemi ilə də təchiz olunub.

Mütəxəssislərin sözlərinə görə, koreyalıların yaratdığı aparat ABŞ istehsalı olan “Remus 100″ün (Remote Environmental Measuring UnitS) analoqudur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş