Cənubi Koreya K1 tankının yeni versiyasını təqdim edib

Cənubi Koreya Müdafiə Nazirliyi K1 tankının K1A2 adı verilən yeni modifikasiyasını təqdim edib.

bu barədə “AzeriDefence” “Armyrecognition” portalına istinadən xəbər verib.

K1 tankı ABŞ-ın M1 “Abrams” tankının bazası əsasında 80-ci illərdə hazırlanıb. Daha sonra, 90-cı illərdə, Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti həmin tankın K1A1 müasirləşdirilmiş versiyasını hazırlayıb. “Hyundai Rotem” şirkəti ilk dəfə 2014-cü ildə K1A2 tankının hazırlanacağını bildirib. Cənubi Koreya Müdafiə Nazirliyi ADEX-2017 sərgisində tankın yenilənmiş versiyasının ictimaiyyətə təqdim edib.

K1A2 modifikasiyası K1A1-dən bir çox xüsusiyyətləri ilə fərqlənir. Ən əsası, tank yeni elektronika ilə təchiz olunub. K1A2-nin elektronikası tankın bütün elektron sistemini vahid şəbəkədə birləşdirir. Həmçinin tankın avtomatlaşdırılmış idarəetmə sistemini təmin edir və digər hərbi texnikalar arasında rabitə əlaqəsi qurmağa imkan verir. Bununlada geniş videogörüntü imkanları, hədəfi aşkar etmək, müşahidəni həyata keçirmək, məsafəni müəyyənləşdirmək xüsusiyyətləri K1A2 tankının texniki xarakteriskasına daxil edilib.

Tankın yeni versiya mühəndisləri bildiriblər ki, 2026-ci ilə qədər onlar Cənubi Koreya Ordusunun tərkibində olan bütün K1A1 tanklarını yeniləməyi planlaşdırırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş