Cənubi Koreya ordusu yeni TƏİR-lə təchiz olunacaq – FOTO

Cənubi Koreya yeni tank əleyhinə idarəolunan raket sisteminin (TƏİR) yaradılması prosesini yekunlaşdırıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Koreyanın “Hanwha” şirkətinin məhsulu olan TƏİR ilk dəfə bu ilin sentyabrın 7-də  DX Korea-2016 müdafiə texnologiyaları sərgisində nümayiş olunub.

Şirkətdən bildirilib ki, ilkin nümunə olaraq təqdim edilən silah “Tank Sniper” (TAipers) adlandırılıb.

İstehsalçı qurumlar arasında Koreya Müdafiə Nazirliyinin Müdafiə Məhsulları Agentliyi (ADD) də yer alıb.

Silahın 2022-ci ildə yaradılması prosesinin yekunlaşacağı, 2023-cü ildən isə silahlanmaya veriləcəyi də xəbərdə bildirilib.

“Tank Sniper” LAH döyük helikopterinə inteqrasiya edilə biləcək.

Silahın çəkisi 35 kq, uzunluğu 1,7 metr, diametri isə 150 mm-dir. Atəş məsafəsi isə 8 km-dir.

“Poongsan” şirkəti isə silahın kumulyativ döyüş hissəsini hazırlayır. Raket sisteminin görmə hissəsi isə LIG Nex1 çirkəti tərəfindən yaradılır.

taipers_001

 

KATEQORIYA:
Bu xəbəri paylaş