Cənubi Koreya stels PUA-ları yaradır
Cənubi Koreyada stels (gözəgörünməz) pilotsuz uçuş aparatının (PUA) yaradılması işlərinə başlanılıb.
“AzeriDefence”nin məlumatına görə, stels PUA-nın yaradılması üçün 13,7 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. PUA “KUS-X” adlandırılacaq.
PUA-nın yaradılmasında “Korean Air Lines” və “Korea Aerospace Industries” şirkətləri birgə çalışacaqlar.
Mühəndislər stels PUA-nın radio dalğalar və radar sistemlər tərəfindən tuta bilməməsi üçün xüsusi örtüklə bağlanacağını bildirblər.
Aparatın əlavə texniki xarakteriskası barədə isə məlumat verilməyib.
KATEQORIYA: Aerospace